“Taxıl sazişi”nin müddəti 120 gün uzadılır

Bakı. Trend:

Ukrayna limanlarından taxılın daşınması ilə bağlı “taxıl
sazişi”nin müddəti daha 120 gün uzadılır.

Trend-in
məlumatına görə, bunu bu gün Ukraynanın infrastruktur naziri
Oleksandr Kubrakov elan edib.

Qeyd olunub ki, “taxıl dəhlizi”nin fəaliyyəti mövcud şərtlər
əsasında uzadılacaq.

Xatırladaq ki, “taxıl dəhlizi” bu ilin avqustunda Ukrayna,
Rusiya, Türkiyə və BMT nümayəndələri arasında əldə olunan razılıq
əsasında avqustun əvvəlində fəaliyyətə başlayıb.

Bu günədək dəhliz vasitəsilə Ukrayna limanlarından 10 milyon
tona yaxın taxıl daşınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir