Unibank növbəti istiqraz buraxılışı həyata keçirir

Bakı. Trend:

“Unibank Kommersiya Bankı” ASC-nin Müşahidə Şurasının 25 oktyabr
2022-ci il tarixli qərarına əsasən hər birinin nominal dəyəri 1000
ABŞ dolları olan 12 000 ədəd sənədsiz adlı, faizli, təmin edilməmiş
istiqrazlarının emissiya prospekti Azərbaycan Respublikasının
Mərkəzi Bankının 17 noyabr 2022-ci il tarixli məktubu ilə dövlət
qeydiyyatına alınıb.

Bu istiqrazların emissiyası subordinasiya borc öhdəliyi kimi
tanınır və “Unibank”ın II dərəcəli kapitalının artırılması
məqsədilə həyata keçirilir. Emissiyanın həcmi 12 milyon ABŞ
dollarıdır. İstiqrazların illik faiz dərəcəsi 8% olmaqla, faiz
ödənişi hər 90 təqvim gününün başa çatması tarixindən növbəti 3 iş
günündən gec olmayaraq həyata keçirilir. Tədavül müddəti 6 il olan
istiqrazların əldə edilməsi üçün məhdudiyyətlər yoxdur. İstiqrazlar
Bakı Fond Birjasının daxili qaydaları əsasında kütləvi təklif üsulu
ilə hərrac vasitəsi ilə yerləşdiriləcək. Yerləşdirmə üzrə
anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.

Səhmdarların qərarı ilə həyata keçirilən kapitallaşma prosesi
nəticəsində, Bankın kapitalının il ərzində ümumilikdə 29 milyon
manatdan çox artırılması nəzərdə tutulub. Bu prosesin birinci
mərhələsi bu ilin avqustunda başa çatıb və Bankın nizamnamə
kapitalında 12 milyon manata yaxın artım olub. Kapitallaşma
proqramı subordinasiya borcunun cəlbi və əlavə
səhm buraxılışı olmaqla ilə iki komponentdən
ibarətdir.

Hər iki komponent üzrə nəzərdə tutulan kapital artımının ilin
sonunadək yekunlaşdırılması nəzərdə tutulur.

Unibank-Sənin Bankın!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir