XİN-də Rusiya prezidentinin xüsusi nümayəndəsi ilə bölgədə etimad quruculuğu tədbirləri müzakirə edilib

Bakı. Trend:

17 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin
beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy arasında görüş keçirilib.

Xarici İşlər Nazirliyindən (XİN) Trend-ə verilən məlumata görə, görüşdə
ikitərəfli və regional əsaslarda humanitar və mədəniyyət
məsələləri, bölgədə etimad quruculuğu tədbirləri müzakirə
edilib.

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycan və
Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə
məlumat verib.

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy bölgədə sülh və əminamanlığın
təmin edilməsi istiqamətində ölkəmizin səylərinin əhəmiyyətli
olduğunu vurğulayıb. O, mədəniyyət və humanitar sahələrdə birgə
tədbirlərin həyata keçirilməsi istiqamətində dəstək verməyə hazır
olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir