Ərdoğan Fələstində baş verən yanğınla bağlı başsağlığı verib

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Qəzzanın
şimalında qaçqın düşərgəsində baş verən yanğında onlarla insanın
həlak olması ilə bağlı Fələstin xalqına başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə “Anadolu” angentliyi məlumat
yayıb.

“Qəzzada baş verən yanğın nəticəsində aralarında uşaqların da
olduğu 21 fələstinlinin həlak olması xəbərinə dərindən kədərləndik.
Həlak olanların ailələrinə səbr, yaralananlara isə tezliklə şəfa
diləyirəm. Dost və qardaş Fələstin xalqına başsağlığı verirəm”, –
deyə R.T.Ərdoğan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir