ABŞ İranın neft sektoru ilə əməkdaşlıq edən şirkətlərə sanksiya tətbiq edib

Bakı. Trend:

ABŞ Maliyyə Nazirliyi İranın neft sektoru ilə əməkdaşlıq edən 13
şirkətə qarşı sanksiya məhdudiyyətləri tətbiq edib.

Trend xəbər verir ki, ABŞ Xəzinədarlığının Xarici Aktivlərə
Nəzarət Ofisi sanksiyaya məruz qalmış İran neft-kimya brokerləri
“Industry Commercial Co.” və “Triliance Petrochemical Co. Ltd”, o
cümlədən İran Milli Neft Şirkəti və onun marketinq qolu “Naftiran
Intertrade Company Ltd”, həmçinin “Gulf Petrochemical”in adından
Şərqi Asiyada yüz milyonlarla dollar dəyərində İran neft-kimya
məhsullarının satışını asanlaşdıran müxtəlif ölkələrdə qeydiyyatdan
keçmiş 13 şirkətə qarşı sanksiya tətbiq edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir