ABŞ KXDR ilə dialoq istəyir – Ağ Ev

Bakı. Trend:

ABŞ administrasiyası Pxenyanla dialoq istəyir, lakin eyni
zamanda KXDR tərəfindən həyata keçirilən raket buraxılışları ilə
bağlı regionda kifayət qədər hərbi potensialın təmin edilməsində
qərarlıdır.

Trend xəbər verir ki, bunu cümə günü
jurnalistlərə açıqlamasında Ağ Evin Milli Təhlükəsizlik Şurasında
strateji kommunikasiyalar üzrə koordinator Con Kirbi deyib.

“Bununla bağlı Şimali Koreya ilə birbaşa əlaqə olmayıb. Biz açıq
şəkildə bildirdik ki, Koreya yarımadasının nüvəsizləşdirilməsi
istiqamətində işləmək üçün ilkin şərt olmadan Şimali Koreya ilə
dialoqun tərəfdarıyıq. Onlar cavab vermədilər və bu təklifdən
yararlanmadılar. Təklif aktiv olaraq qalır”, – deyə C.Kirbi
bildirib.

C.Kirbi KXDR ilə nüvəsizləşdirmə ilə bağlı razılığa gəlməyi “son
məqsəd” adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir