ABŞ səfirliyi Trend BİA-nın əməkdaşının fəaliyyətini xüsusi qeyd edib

Bakı. Trend:

Azərbaycanın Trend Beynəlxalq İnformasiya Agentliyinin müxbiri
Ləman Zeynalova dünyanın müxtəlif ölkələrini təmsil edən bir qrup
jurnalistlə birgə Dövlət Departamenti Xarici Mətbuat Mərkəzinin
təklif etdiyi – ABŞ-də aralıq seçkiləri ilə bağlı Beynəlxalq
reportaj səfərində iştirak edib.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı
Səfirliyinin rəsmi “Facebook” hesabında etdiyi paylaşımda
bildirilib.

“ABŞ-də olarkən, Ləman 2022-ci ildə siyasi debatlara səbəb olan
məsələlər haqqında öyrənmək üçün bir sıra dövlət məmurları,
şərhçilər, könüllülər ilə təşkil olunmuş görüşlər və müsahibələr
vasitəsilə Amerikada siyasi proseslər haqqında daha ətraflı məlumat
əldə etmək üçün Arizona və Şimali Karolina ştatlarında səfərdə
oldu.

Ləmanın hazırladığı məqələlərin biri ilə tanış olun: https://en.trend.az/world/us/3667124.html “, – deyə
səfirliyin paylaşımında qeyd olunub.

Xatırladaq ki, Trend Beynəlxalq İnformasiya Agentliyi Dövlət
Departamentinin dəvəti ilə ABŞ Senatına və Konqresinə aralıq
seçkilərinin birbaşa işıqlandırılmasında Azərbaycandan yeganə media
orqanı kimi iştirak edib. 2022-ci il noyabrın 2-dən noyabrın 10-dək
agentliyin xüsusi müxbiri Arizona və Şimali Karolina ştatlarında
səsvermə prosesini müşahidə edib. Xarici jurnalistlərin missiyasına
25 ölkədən ən nüfuzlu KİV nümayəndələri daxil olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir