AMEA professorunun 2 milyon manatını mənimsəyən şəxslərə hökm oxundu

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə
təqsirləndirilən Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə
məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Qulu Muxtarov 8 il 6 ay, Sahil Abuşov 7 il
6 ay müddətinə azadlıqdan mərhum ediliblər.

Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxslərin
hər birinin 9 il 6 ay müddətinə azadlıqdan mərhum edilməsini
istəyib.

İttihama görə, AMEA əməkdaşı, professor Soltan Əliyev Səadət
Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata
yaxın sələm verib.

Təqsirləndirilən Qulu Muxtarov vaxtilə Bakı Şəhər Baş Polis
İdarəsində əməliyyat müvəkkili işləyib. Hüquq-mühafizə
orqanlarından təqaüdə çıxdıqdan sonra Beynəlxalq Bankın rəhbəri
olmuş Cahangir Hacıyevin mühafizəçisi işləyib.

Qeyd edək ki, cinayət işində adı hallanan Səadət Xəlilovun
cinayət işi ayrıca icraata götürülüb. Bir müddət əvvəl Bakı Ağır
Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov 9 il azadlıqdan
məhrum olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir