Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu çərçivəsində panel müzakirələr təşkil olunub (FOTO)

Bakı. Trend:

Bakıda keçirilən Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar
Forumunun ikinci günü “Gələcəyin əsas oyunçuları: Qlobal
sahibkarlar” və “Unikorna gedən yol: İnvestorların gözləntiləri”
mövzularında panel müzakirələr təşkil olunub.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Trend-ə
bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdən
dövlət rəsmiləri, iş adamları, investorlar, startaplar və gənclər
təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş panellərdə
dünyada sahibkarlığın artan rolu, bu sahədə yeni trendlər,
innovativ inkişaf, startapların maliyyələşdirilməsi, investorların
startaplardan gözləntiləri kimi mövzular ətrafında çıxışlar edilib,
müzakirələr aparılıb.

Həmçinin forum çərçivəsində startapların təqdimatları davam
edib, iş adamları, investorlar və startaplar arasında ikitərəfli
görüşlər keçirilib.

Qeyd edək ki, 17-18 noyabr tarixlərində keçirilmiş Azərbaycan
İnvestisiya və Gənc Sahibkarlar Forumu Azərbaycan Respublikasının
İqtisadiyyat, Gənclər və İdman nazirliklərinin dəstəyi, İslam
Əməkdaşlığı Gənclər Forumu (ICYF) və Kiçik və Orta Biznesin
İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir