Azərbaycana investisiya qoyuluşunun təşviqi müzakirə olunub

Bakı. Trend:

Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat, Gənclər və idman
nazirliklərinin dəstəyi, İslam Əməkdaşlığı Gənclər Forumu (ICYF) və
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı
ilə Azərbaycan İnvestisiya və Gənc Sahibkarlar Forumu öz işinə
başlayıb.

Trend xəbər verir ki, İCYF ilə əməkdaşlıq çərçivəsində artıq
2-ci ildir təşkil olunan forumda İslam Əməkdaşlıq Təşkilatına (İƏT)
üzv ölkələrdən dövlət rəsmiləri, iş adamları, investorlar,
startaplar, gənclər təşkilatları, beynəlxalq təşkilatların və
diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Forumun məqsədi yerli və beynəlxalq təşkilatların, dövlət
qurumlarının nümayəndələrinin, iş adamlarının, investorların,
ekspert və startapların iştirakı ilə ölkəmizə investisiya
qoyuluşunu təşviq etmək və onları investisiya imkanları barədə
məlumatlandırmaq, Azərbaycanda, Avrasiyada və İslam Əməkdaşlıq
Təşkilatına üzv ölkələrdə gənc sahibkarlara dəstək sahəsində yeni
baxışın inkişaf etdirilməsi və startap ekosisteminin
gücləndirilməsi yollarını müzakirə etməkdir.

Tədbir İslam Əməkdaşlıq Təşkilatının ənənələrinə uyğun olaraq,
müqəddəs Qurani-Kərimdən ayələrin oxunuşu ilə başlayıb.

Forumun açılışında Azərbaycan Respublikasının rəqəmsal inkişaf
və nəqliyyat naziri Rəşad Nəbiyev, İslam Əməkdaşlıq Təşkilatı Baş
katibinin İqtisadi məsələlər üzrə köməkçisi Ahmad Kavesa Sengendo,
iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Türkiyə
Respublikası Prezidentinin maliyyə ofisinin müdiri Göksel Aşan,
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Baş katibi
Yousef Hasan Halavi, Türkiyənin Varlıq Fondunun Baş direktoru Səlim
Arda Ermut, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının
prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İslam
Əməkdaşlığı Gənclər Forumunun prezidenti Taha Ayhan çıxış
ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir