Azərbaycanda deputat vəfat etdi

Bakı. Trend:

Naxçıvan MR Ali Məclisinin deputatı Nazim Bababəyli dünyasını
dəyişib.

Trend xəbər verir ki, Nazim Bababəyli 69 yaşında vəfat edib.

Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan
şəhərində anadan olub. 2003-cü ildən Naxçıvan Dövlət
Universitetində Coğrafiya kafedrasının müdiri olan Nazim Bababəyli
həm də “Naxçıvan” universitetində müəllim kimi çalışırdı. Əsasən
aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş
180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər
üçün bir neçə proqramın müəllifidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir