Azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və materiallar gömrük rüsumundan azad edilir

Bakı. Trend:

İşğaldan azad edilən ərazilərdə fəaliyyət üzrə xammal və
materiallar gömrük rüsumundan azad edilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzqkirə edilən “Gömrük tarifi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Qanun layihəsi ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan
azad edilmiş ərazilərin rezidentləri tərəfindən istehsal fəaliyyəti
sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın
1-dən 10 il müddətinə gömrük rüsumlarından azad edilməsini nəzərdə
tutur. Həmin xammal və materialların siyahısı müvafiq icra
hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcəkdir.

Qanuna dəyişiklik səsverməyə qoyularaq 1-ci oxunuşda təsdiq
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir