Azad edilmiş ərazilərdə çalışan əcnəbilərə 2 illik iş icazəsi veriləcək

Bakı. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əmək
fəaliyyətinə cəlb edilən əcnəbilərə 2 il müddətində iş icazəsi
veriləcək.

Trend-in məlumatına görə,
bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi Milli
Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək
fəaliyyətinə cəlb edilənlərlə münasibətdə iş icazəsinin müddətinin
hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadılmasına imkan
veriləcək.
Qüvvədə olan qanunvericiliyə əsasən, ümumi əsaslarla iş icazəsi 1
il müddətində verilə, onun müddəti isə hər dəfə 1 ildən çox olmamaq
şərti ilə uzadıla bilər.

Dəyişiklik layihəsi qəbul ediləcəyi təqdirdə gələn ilin yanvarın
1-dən 2028-ci ilin yanvarın 1-dək qüvvədə olacaq.

Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq
I oxunuşda qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir