Bakıda vətəndaşın mənzilinə qumbara və qərənfil qoyan şəxs saxlanıldı

Bakı. Trend:

Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı
qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis
əməkdaşları tərəfindən müəyyən olunub.

DİN Mətbuat Xidmətindən bildirilib ki, hədə-qorxu ilə tələb
etmədə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn
19 yaşlı Elgün Ocaqverdiyev saxlanılıb. Ondan “F-1” markalı
qumbarası aşkar olunaraq götürülüb.

Araşdırmalar davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir