“Brent” markalı neftin qiyməti 89 dollardan aşağı düşüb

Bakı. Trend:

Dünya birjalarında “Brent” markalı neftin bir barelinin qiyməti
oktyabrın ortalarından bəri ilk dəfə 89 dollar həddindən aşağı
düşüb.

Trend-in
məlumatına görə, Londonun “ICE Futures” birjasında neftin yanvar
fyuçersləri 88,97 dollar ətrafında alınıb satılır.

Ötən günlə müqayisədə qiymətlərdə 1 faizə yaxın azalma qeydə
alınıb.

Eyni zamanda, WTI markalı neftin yanvar fyuçersləri 0,26 faiz
ucuzlaşaraq 81,19 dollar olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir