Bu ilin 10 ayı ərzində Orta dəhlizlə konteynerlə yükdaşımalar 45 faiz artıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində keçirilən 17-ci “Logitrans-2022”
Beynəlxalq Nəqliyyat və Logistika sərgisi çərçivəsində “Orta
Dəhlizin İnkişafı: Tranzit və Nəqliyyat Əməkdaşlığı” üzrə panel
sessiyası təşkil edilib.

Bu barədə Trend-ə “ADY Konteyner” MMC-dən bildirilib.

“Yeni imkanlar üfüqündə” mövzusunda təşkil edilən toplantıda
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun keçdiyi ölkələrin dəmir
yolu idarələrinin nümayəndələri iştirak ediblər.

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvlərindən biri
olan “ADY Konteyner” MMC -nin direktoru Natiq Cəfərov Orta dəhlizlə
daşımaların dinamikasını əks etdirən təqdimatla çıxış edib.
Bildirilib ki, bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq
Nəqliyyat Marşrutu ilə konteynerlərlə yükdaşımalar ötən ilin
müvafiq dövrü ilə müqayisədə 45 fazi artıb. Yeni geosiyasi
vəziyyətdə ölkəmizin Çin-Avropa və əks istiqamətdə nəqliyyat
bağlantısının gücləndirilməsində rolunun artmasına, bu marşrut üzrə
yüklərin daşınması prosesində davamlılığın təmin olunmasında əsas
iştirakçılardan birinə çevrildiyini diqqətə çatdırılıb.

Marşrutun imkanlarının genişləndirilməsi müzakirə edilib.
Çin-Avropa-Çin marşrutunun Xəzər dənizindən keçən hissəsində
nəqliyyat bağlantısının gücləndirilməsi məqsədilə təşkil edilən
fider xidmətlərinin önəmi vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir