Epidemiya dövründə məhkumlar qısamüddətli görüşlər əvəzinə videogörüş keçirə biləcəklər – RƏSMİ

Bakı. Trend:

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu
imzalayıb.

Trend xəbər verir ki, Qanuna
əsasən, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində
aşağıdakı dəyişikliklər edilib:

– 69-1.2-ci maddənin ikinci cümləsində “danışıqları ilə” sözləri
“danışıqları, yaxud videogörüşlə” sözləri ilə əvəz edilir.

– 81.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə
edilir:

“Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin
rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda
məhkumun xahişi olduqda qısamüddətli görüşlər telefon danışıqları
və ya videogörüşlərlə əvəz edilir.”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir