Fərhad Əhmədov saxlanılıb?

Bakı. Trend:

Bir sıra Azərbaycan KİV-də milyarder Fərhad Əhmədovun Göyçay
rayonunadakı bağ evində axtarış aparılması və saxlanılması barədə
məlumatlar yayılıb.

Trend-in əldə etdiyi məlumata görə, milyarderin saxlanılması
barədə məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, Fərhad Əhmədov dünyanın 1567-ci və Rusiyanın 66-cı
ən varlı adamıdır. ABŞ hökuməti və Aİ Fərhad Əhmədov barəsində
Rusiyanın Ukraynada hərbi əməliyyatları fonunda sanksiyalar tətbiq
edib. F.Əhmədov eyni zamanda təbii meyvə şirəsi istehsalçısı AzNar
şirkətinin rəhbəridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir