İranın nüvə sazişi artıq ABŞ-ın diqqət mərkəzində deyil – Ağ Ev

Bakı. Trend:

İranın nüvə sazişinin bərpası artıq ABŞ-ın diqqət mərkəzində
deyil, lakin Vaşinqton problemin həllində diplomatiyaya üstünlük
verməkdə davam edir.

Trend xəbər
verir ki, bunu cümə günü jurnalistlərə açıqlamasında Ağ Evin Milli
Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə koordinator
Con Kirbi deyib.

“Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) hazırda diqqət
mərkəzimizdə deyil. Hətta (İrandakı – red.) etirazlardan əvvəl bu
məsələdə iranlılardan çox uzaqlaşmışdıq. Onlar nüvə sazişi ilə
birbaşa əlaqəsi olmayan məsələləri qaldırmağa davam edirdi. Və
bütün səylərimizə baxmayaraq, (İrandakı red.) etirazlara qədər
onlarla müqavilə bağlaya bilmədik”, – deyə C.Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Tehranın nüvə
silahına sahib olmasının qarşısını almaqda qərarlıdır.

“Mən açıq şəkildə bildirmək istəyirəm ki, onun (C.Bayden – red.)
İranın nüvə silahı əldə etməsinə mane olmaq öhdəliyi baxımından heç
nə dəyişməyib. Lakin prezident hələ də diplomatiyanın nəticəyə nail
olmaq üçün ən yaxşı yol olduğuna inanır”, – deyə C.Kirbi əlavə
edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir