İsrailin Baş naziri Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb

Bakı. Trend:

Mən Azərbaycan parlamentinin İsraildə səfirlik açmaq qərarını
alqışlayıram.

Trend-in məlumatına görə, bunu bu gün İsrailin Baş naziri Yair
Lapid tvitter hesabında bildirib.

O qeyd edib ki, Azərbaycan İsrailin mühüm tərəfdaşıdır və
müsəlman dünyasında ən böyük yəhudi icmalarından birinin
vətənidir.

“Səfirlik açmaq qərarı ölkələr arasında münasibətlərin
dərinliyini əks etdirir. Bu addım İsrail hökumətinin müsəlman
dünyası ilə möhkəm siyasi körpülər qurmaq səylərinin bəhrəsidir”,-
deyə paylaşımda bildirilib.

Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən iclasında
“Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində)
Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə
çıxarılıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq təsdiq
edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir