Lənkəranda 19 yaşlı gənc qətlə yetirildi

Bakı. Trend:

Lənkəranda 19 yaşlı gənc qətlə yetirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən
məlumata görə, noyabrın 17-də gecə saatlarında Lənkəran rayonu
ərazisində Cəlilabad rayon sakini , 2003-cü il təvəllüdlü Tosif
Nəsirovun ölümü ilə rayon polis şöbəsinə məlumat daxil olub.

Araşdırmalarla Lənkəran şəhər sakini, 1992-ci il Seymur
Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranan
mübahisə zamanı Tosif Nəsirova bıçaqla xəsarətlər yetirərək onu
qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən S.Bayramlı saxlanılaraq istintaqa verilib.

Araşdırmalar davam etdirirlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir