Lənkəranda qətl törədən şəxslə bağlı cinayət işi başlanılıb

Bakı. Trend:

Noyabrın 17-i saat 23 radələrində Lənkəran şəhəri, Füzuli
küçəsində Cəlilabad rayon sakini 2003-cü il təvəllüdlü Tosif
Nəsirovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.

Lənkəran rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, aparılmış
araşdırmalarla zərərçəkmişin iş yoldaşı, 1992-ci il təvəllüdlü
Seymur Bayramlının şəxsi münasibətlər zəminində aralarında yaranmış
mübahisə zamanı bıçaqla ürək nahiyəsinə xəsarət yetirərək Tosif
Nəsirovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin
120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb.

Seymur Bayramlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
edilib. İş üzrə istintaq davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir