Ordumuzun mövqeləri atəşə tutulub

Noyabrın 18-i saat 12:50-də Ermənistan silahlı qüvvələrinin
bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Zağalı yaşayış
məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan
Ordusunun Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqəsi
istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə
tutub.

Bundan başqa, saat 17:10-da Rusiya sülhməramlılarının müvəqqəti
yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı
dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli rayonunun Yuxarı
Veysəlli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atəşə
tutulub.
Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat
cavab tədbirləri görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir