Parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayı artırılır

Bakı. Trend:

Milli Məclisin bu gün keçirilən plenar iclasında
parlamentlərarası əlaqələr üzrə işçi qruplarının sayının
artırılması məsələsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, “Azərbaycan Respublikası Milli
Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının
rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında
dəyişikliklər edilməsi barədə” qərar layihəsi müzakirə edilib.

Deputat Ramin Məmmədov Azərbaycan-Kamboca, Məşhur Məmmədov
Azərbaycan-Sinqapur, Ziyafət Əsgərov Azərbaycan-Tunis, Zahid Oruc
isə Azərbaycan-Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi
qruplarının rəhbərləri təyin edilib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir