Prezident İlham Əliyev Latviya Prezidentini təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Latviya Prezidenti Egils Levitsə təbrik
məktubu göndərib.

Trend-in məlumatına görə,
məktubda deyilir:

“Hörmətli cənab Prezident, Latviya Respublikasının milli bayramı
– Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı yüksək səviyyəsi
məmnunluq doğurur. İnanıram ki, xalqlarımızın mənafeləri naminə
ölkələrimiz arasında dostluq əlaqələrinin daha da
möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın
dərinləşdirilməsi yolunda bundan sonra da birgə səylər
göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik,
işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və
rifah arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir