Prezident İlham Əliyev: Rusiyadan turist axını da artır, bu il təqribən 80 faiz artım olub

Bakı. Trend:

Rusiyadan turist axını da artır, bu il təqribən 80 faiz artım
olub.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın
18-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin ilə
geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib:

“Sizin səfəriniz ərəfəsində mən bəzi statistik məlumatlara
baxmışam. Sevindim ki, aviareyslərin sayı sürətlə artır. Həftədə
130-dan çox reys var, yəni, biz praktiki olaraq ən yüksək
göstəriciyə nail olmuşuq və Rusiyadan turist axını da artır. Bu il
təqribən 80 faiz artım olub. Əlbəttə, pandemiya ilə əlaqədar bu
göstərici azalmışdı. Biz hələ pandemiyadan əvvəlki səviyyəyə
çatmamışıq, lakin fikrimcə, çatacağıq. Ölkələrimiz arasında sıx
dostluq əlaqələrini, bu il Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti barədə
Bəyannamə imzalanmasını və il ərzində münasibətlərimizin
müttəfiqlik xarakterini dəfələrlə nümayiş etdirməyimizi,
iqtisadi-ticari əməkdaşlığın gündəliyini xeyli genişləndirmək
niyyətində olmağımızı nəzərə alaraq, düşünürəm ki, reyslərin sayı
da artacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir