Qışda koronavirusa yoluxma arta bilər

Bakı. Trend:

Azərbaycanda qış mövsümündə koronavirusa yoluxmada artım
müşahidə oluna bilər.

Bunu Trend-in sualına cavab olaraq
infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

“Hazırda ölkəmizdə epidemioloji vəziyyət yaxşıdır. Yoluxanlar
olsa da, insanlar bu xəstəliyi qrip formasında yüngül keçirir, buna
görə də həkimə müraciət etmirlər. Ev şəraitində müalicə alırlar.
Dünya ölkələrində yoluxma sayında artım qeydə alınıb. Lakin fəsil
dəyişikliyi ölkəmizdə əvvəlki kimi virusa yoluxanların sayının
artmasına ciddi təsir etməyəcək. Bütün bunlara baxmayaraq, risk
qrupuna daxil olan insanlar özlərini qorumalıdır. Yeni ştamların
yaranması gözlənilmir. Pandemiyanın sonuna yaxınlaşırıq”, – deyə
infeksionist bildirib.

Qeyd edək, dünən Azərbaycan Respublikasında koronavirus
(COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 9
nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən
məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət
çıxmış şəxslərdən 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 823 849 nəfərin koronavirus
infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 627
nəfər müalicə olunaraq sağalıb, 9 968 nəfər vəfat edib, aktiv xəstə
sayı 254 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir