Rusiya qazının Azərbaycana yeni müqavilə ilə tədarükü başlayıb

Bakı. Trend:

Noyabrın 15-də Rusiya qazının Azərbaycana yeni alqı-satqı
müqaviləsi ilə tədarükü başlayıb.

Trend bu barədə
bu gün “Qazprom” şirkətinə istinadən məlumat verir.

“Sənəd “Qazprom eksport” MMC və Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) arasında imzalanıb. Tədarük 2023-cü ilin martında həyata
keçiriləcək. Tədarükün həcmi 1 milyard kubmetr təşkil edir”, –
məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir