Salyanda naməlum kişi meyiti tapılıb

Bakı. Trend:

Noyabrın 18-də axşam saatlarında Salyan rayonu Xocalı kəndində
üzərində bıçaq xəsarətləri olan 60-65 yaşlı naməlum kişi meyiti
tapılıb.

Bu barədə Trend-ə cümə günü Daxili İşlər Nazirliyindən
bildirilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsi tərəfindən
əməliyyat-axtarış tədbirləri aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir