Türkiyənin vitse-prezidenti Fransa Senatının anti-Azərbaycan qətnaməsinə münasibət bildirib

Bakı. Trend:

Azərbaycanla olan münasibətlərimizdə bir millət, iki dövlət
prinsipini bütün sahələrdə reallaşdırmağa çalışırıq.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat
Oktay bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Fransa Azərbaycan əsgərlərinin Ermənistanın
olduğu iddia etdiyi torpaqlardan çıxmasını tələb edən qətnamə qəbul
edib.

“Mən bir neçə həftə əvvəl Şuşada idim. Hazırda o bölgədə çox
ciddi bərpa-quruculuq işləri gedir. Həmin ərazilər Azərbaycanın 30
il əvvəl işğal olunmuş torpaqlarıdır. Orada məhv edilən kəndləri
gördük. Bu torpaqların əsl sahibləri indi geri dönür. Lakin Fransa
kimi bir ölkə qətnamə qəbul edir və iddia edir ki, guya bura
Ermənistan torpağıdır. Ermənilərin Qarabağı dağıtması, burada heç
bir quruculuq işi görməməsi həmin torpaqların onların olmadığını
göstərir”, – deyə F.Oktay əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir