Xüsusi Təyinatlı Qüvvələrin keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə görüş olub (FOTO)

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xüsusi Təyinatlı
Qüvvələrin (XTQ) keçmiş hərbçiləri olan nazirlik əməkdaşları ilə
görüş olub.

Nazirlikdən Trend-ə verilən
məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə Vətən
müharibəsindən sonra icra olunan genişmiqyaslı sosial dəstək paketi
çərçivəsində şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı
həyata keçirilən sosial müdafiə tədbirlərini qeyd edib. Eyni
zamanda, onların məşğulluğunun təminatı sahəsində mühüm işlər
aparıldığı diqqətə çatdırılıb. Nazirlik sistemində də şəhid
ailələri üzvləri və müharibə iştirakçılarının işə qəbul edildiyi
bildirilib.

Qeyd olunub ki, Vətən müharibəsi veteranı olan bir qrup keçmiş
XTQ hərbçisinin Nazirlikdə işlə təmin olunması da bunun
təzahürüdür. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda
döyüşlərdə şücaətlər göstərmiş müharibə veteranlar bu gün də
çalışdıqları dövlət qurumunun fəaliyyətində öz dəstəyini,
töhfələrini verirlər. Səmərəli fəaliyyətləri ilə seçilən veteran
əməkdaşlara daim xüsusi diqqət və qayğı ilə yanaşılır, mütəmadi
olaraq onlarla görüşlər keçirilir.

Görüşdə şəhid ailələri üzvləri və müharibə iştirakçıları ilə
bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə dair fikir
mübadiləsi aparılıb, veteran əməkdaşların bu mövzuda rəy və
təklifləri dinlənilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir