Yaponiyada əsas istehlak inflyasiyası 3.6%-ə çatıb

Bakı. Trend:

Yaponiyanın əsas istehlak inflyasiyası oktyabr ayında 1982-ci
ildən bu yana rekord 3.6%-ə çatıb.

Trend xəbər verir ki, ölkədə bahalaşmanı əks etdirən əsas
göstərici yanacağın maya dəyərini əhatə edir, lakin tez xarab olan
məhsulların qiymətləri çox güclü dalğalanmalara məruz qaldığından
onlar nəzərə alınmır. Aprel ayından etibarən qiymət artım
templərinin sürətlənməsi müşahidə olunur.

Yaponiya Mərkəzi Bankının davamlı inflyasiya hədəfi 2%-di.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir