ABŞ-da göyərtəsində 53 it olan təyyarə qəzaya uğrayıb

Bakı. Trend:

53 iti sığınacağa aparan təyyarə ABŞ-ın Viskonsin ştatında qolf
meydançasında qəzaya uğrayıb.

Trend xəbər verir ki, bu barədə cümə günü “The Washington Post”
qəzeti məlumat yayıb.

Qolf klubunun baş menecerinin sözlərinə görə, səhər saat 9
radələrində klubun bir neçə əməkdaşı təyyarənin ağacların arasından
necə uçduğunun və qolf meydançasına sərt eniş etdiyini
görüblər.

Qəzetin məlumatına görə, bütün itlər və ekipaj üzvləri sağ
qalıb, lakin onlardan bəziləri yüngül xəsarətlər alıb.

Qəzanın səbəbi barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir