Avropalılar etdiklərinə görə üç min il üzr istəməlidirlər – FIFA prezidenti

Bakı. Trend:

Avropalılar ötən üç min il ərzində etdiklərinə görə hələ üç min
il üzr istəməlidirlər.

Trend-in
məlumatına görə, bunu Beynəlxalq Futbol Federasiyasının (FIFA)
prezidenti Canni İnfantino Qətərdə keçiriləcək dünya çempionatı
ərəfəsində mətbuat konfransı zamanı Qətərin insan haqları ilə bağlı
tənqid olunmasına cavab olaraq bildirib.

“Fikrimcə, biz avropalılar insanlara əxlaq dərsi verməzdən əvvəl
3 min il ərzində bütün dünyada etdiklərimizə görə növbəti 3 min il
ərzində üzr istəməliyik. Biz özümüzdən soruşmalıyıq: dünya hayara
yuvarlanır? Dünyada 1 milyard əlil var, amma bu, heç kimi narahat
etmir”, – deyə o bildirib.

Qeyd edək ki, futbol üzrə dünya çempionatı noyabr 20-də start
götürür və dekabrın 18-də başa çatacaq. Turnir tarixdə ilk dəfə
Yaxın Şərq ölkəsində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir