Azərbaycan Ordusunda ictimai-siyasi hazırlıq məşğələləri keçirilir (FOTO)

Bakı. Trend:

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi
2022-ci ilin hazırlıq planına uyğun olaraq hərbi qulluqçuların
maarifləndirilməsi üzrə tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu
istiqamətdə görülən işlər çərçivəsində Azərbaycan Ordusunda hərbi
qulluqçular ilə ictimai-siyasi hazırlıq məşğələləri keçirilir.

Məşğələlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin çıxışlarında Azərbaycan Ordusu haqqında səsləndirdiyi
fikirlər şəxsi heyətə çatdırılır, eyni zamanda, Azərbaycan
Respublikasının Prezidentinin diplomatik fəaliyyətinin tarixi
əhəmiyyəti barədə ətraflı məlumat verilir.

Azad edilmiş ərazilərdə xidmət edən hərbi qulluqçularla aparılan
söhbətlər zamanı bu ərazilərin tarixindən, həmçinin Vətən
müharibəsi zamanı işğaldan azad edilməsi uğrunda aparılan döyüş
əməliyyatlarında hərbi qulluqçuların göstərdikləri qəhrəmanlıq
nümunələrindən bəhs edilir.

Hərbi qulluqçularla keçirilən tərbiyəvi iş və siyasi
məlumatlandırma saatlarında, eləcə də asudə vaxtlarda
maarifləndirici söhbətlər, ətraflı fikir mübadiləsi aparılır,
onları maraqlandıran suallar cavablandırılır və xidmətləri ilə
bağlı lazımi tövsiyələr verilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir