Azərbaycan və Qazaxıstan ticarət dövriyyəsini 1 milyard dollara çatdırmağı planlaşdırır – Səfir

Bakı. Trend:

2020-ci ilin səkkiz ayı ərzində Azərbaycanla Qazaxıstan arasında
ticarət dövriyyəsi 369 milyon dollara çatıb.

Trend-in “Kazinform” agentliynə istinadən
məlumatına görə, bunu Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar
Atamoğlanov deyib.

O bildirib ki, Qazaxıstan prezidentinin Azərbaycana rəsmi səfəri
zamanı qarşılıqlı dövriyyənin 1 milyard dollara çatdırılması
hədəfləri açıqlanıb.

Eyni zamanda, Azərbaycanın Qazaxıstandakı investisiyaları bu
günədək 204 milyon dollaradək, Qazaxıstanın Azərbaycandakı
investisiyaları 100 milyon dollara çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir