Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Bakı. Trend:

Azərbaycanda son sutkada 594 nəfər vaksinasiya olunub.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında
Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci doza vaksinlərin sayı 138, ikinci doza
vaksinlərin sayı 173 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu
göstərici 241-dir. Pozitiv nəticədən sonra “buster” doza
vaksinlərin sayı 42 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 918
472 olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir