Böyük Qayıdışla bağlı proqram soydaşlarımızın öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək – Hikmət Babaoğlu

Bakı. Trend:

Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda
duran ən mühüm məsələlərdən bir xalqımızın üzün illərdir gözlədiyi
Böyük Qaydıdışın reallaşdırılmasıdır. Özlüyündə bu, çətin,
mürəkkəb, eyni zamanda, müqəddəs bir vəzifədir.

Bunu Trend-ə Milli
Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə
tutumuna malik çox böyük yol-kommunikasiya,enerji və infrasturktur
layihələri həyata keçirilib və keçirilməkdir.

“Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi
zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə
alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə
sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad
olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının
təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad
edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı
haqqında” sərəncam imzaladı.

Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi
səciyyəndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı
konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram
üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə
turulur, eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə
aparacaq qurum müəyyənləşdirilir.

Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün
keçmiş məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını
sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi
potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək”, – deyə o
əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir