Bu il pensiyaların orta aylıq məbləği 12 faiz artıb

Bakı. Trend:

2022-ci ilin yanvar-oktyabr aylarında pensiyaların orta aylıq
məbləği ötən ilin müvafiq dövrünə nisbətən 12 faiz artaraq 371
manata çatıb.

Bu barədə şənbə günü Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən xəbər verilib.

Qeyd edilib ki, o cümlədən, yaşa görə pensiyaların orta aylıq
məbləği 11 faiz artaraq 399 manat təşkil edib.

2022-ci ilin 10 ayında pensiyaların ödənişinə yönəldilən
vəsaitin həcmi 7 faiz və ya 270 mln. manat artaraq 4 mlrd. 114 mln.
manat olub.

Yeni qanun layihəsinə əsasən, gələn il üzrə pensiyaların ödənişi
üçün ayrılan vəsaitin bu ilkinə nisbətən 650 milyon manat və ya 12
faiz çox olacağı gözlənilir.

Gələn il pensiyaların orta aylıq məbləğinin bu ilkindən 14 faiz
çox olmaqla 423 manat, yaşa görə pensiyaların orta aylıq məbləğinin
isə bu ilkindən 14,5 faiz çox olmaqla 456 manat olacağı
proqnozlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir