İsraildə səfirliyin açılması iqtisadi-ticari əlaqələrin güclənməsinə töhfə verəcək – Mikayıl Cabbarov

Bakı. Trend:

İsraildə Azərbaycanın səfirliyinin açılması iki ölkə arasında
iqtisadi-ticarət əlaqələrinin güclənməsinə töhfə verəcək.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri
Mikayıl Cabbarov bu gün “Twitter” hesabında yazıb.

M.Cabbarov bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə
İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri olaraq
Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsinin ölkələrimiz
arasında əməkdaşlığın genişləndirilməsi, iqtisadi-ticarət
əlaqələrinin təşviqi və tərəfdaşlığımızın daha da gücləndirilməsi
istiqamətində fəaliyyətimizə mühüm töhfə verəcəyinə inanıram”.

Qeyd edək ki, Milli Məclisin noyabrın 18-də keçirilən iclasında
“Azərbaycan Respublikasının İsrail Dövlətində (Tel-Əviv şəhərində)
Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə
çıxarılıb. Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq
təsdiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir