İstanbulda terror aktı ilə bağlı şübhəli bilinən daha 8 nəfər saxlanılıb

Bakı. Trend:

Türkiyə polisi noyabrın 13-də İstanbulda törədilən terror
aktında əlaqəli olmaqda şübhəli bilinən daha 8 nəfəri saxlayıb.

Trend-in
məlumatına görə, bu barədə “A Haber” televiziya kanalı
hüquq-mühafizə orqanlarında olan mənbələrə istinadən bildirib.

Məlumata əsasən, saxlanılan şəxslər terrorçulara yardım etməkdə
və onlara sığınacaq verməkdə şübhəli bilinirlər. Bundan əlavə,
saxlanılan iki şəxs terror aktını törədən Suriya vətəndaşı Əhlam
əl-Bəşirə Suriyadan qeyri-qanuni yollarla Türkiyəyə keçməyə
köməklik ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir