Malayziyada parlament seçkilərində səslərin hesablanması aparılır

Bakı. Trend:

Malayziya seçki məntəqələrinin əməkdaşları parlamentin
Nümayəndələr Palatasına (aşağı palataya) keçirilən seçkilərdə ölkə
vətəndaşlarının səslərini hesablayır.

Trend-in
məlumatına görə, bu barədə “Nikkei” qəzeti xəbər verib.

Məlumata əsasən, seçki məntəqələri yerli vaxtla saat 18:00-da
bağlanıb, səslərin hesablanması bazar günü gecə bitə bilər. Yarış
iştirakçıları aşağı palatada 222 yerdən 220 yer uğrunda mübarizə
aparırlar.

“Reuters” agentliyinin proqnozlarına görə, keçmiş baş nazirin
müavini Ənvər İbrahimin müxalifət koalisiyası olan “Ümid Alyansı”
ən çox səs qazanacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir