Mask Trampın “Twitter” hesabının bərpa edilməsi üzrə sorğuya start verib

Bakı. Trend:

“Twitter”in yeni sahibi İlon Mask cümə günü şirkətə məxsus
sosial şəbəkənin istifadəçiləri arasında ABŞ-ın keçmiş prezidenti
Donald Trampın hesabının blokdan çıxarılması üzrə sorğuya start
verib.

Trend xəbər verir ki, sorğu İ.Maskın “Twitter” hesabında
yerləşdirilib.

“Keçmiş prezident D.Trampın hesabını bərpa etmək”, – deyə İ.Mask
öz “Twitter” səhifəsində “bəli” və ya “xeyir” variantları ilə
müvafiq səsvermə üçün sual yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir