Oğuzda itkin düşən ruhi xəstəni meşədə vəhşi heyvanlar parçalayıb öldürdü

Bakı. Trend:

Oğuzda itkin düşən ruhi xəstənin meşədə yırtıcılar
parçalayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə
verilən məlumata görə, bugün gecə saatlarında Oğuz rayonunun
Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon
polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış
keçirilib, ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub.
İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa
da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən
edilib.

Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir
neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə
müraciət daxil olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir