Ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər xilas edilib – FHN

Bakı. Trend:

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə
düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii
və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində
fəaliyyətini davam etdirir.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin
aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 14 yanğına çıxış,
5 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə
qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və
təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ
söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü
azyaşlı olmaqla 6 nəfər xilas edilib, Tərtər rayonunun Hacıqərvənd
kəndində “ВАЗ” markalı minik avtomobilinin yol kənarındakı beton
maneəyə çırpılması nəticəsində avtomobildə sıxılmış vəziyyətdə
qalan 1 nəfər çıxarılıb, 1 nəfərin meyiti bağlı qapı arxasında
aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir