Peruda alışan təyyarə yanğınsöndürən maşınla toqquşub, ölənlər var

Bakı. Trend:

Perunun paytaxtı Lima şəhərinin beynəlxalq hava limanında
“Latam” aviaşirkətinin alışan sərnişin təyyarəsi yanğınsöndürən
maşınla toqquşub.

Trend xəbər verir ki, bu barədə cümə günü “RPP” radiostansiyası
məlumat yayıb.

Təyyarə uçuş-enmə zolağında sürətlənərkən alışıb, bundan sonra
isə yanğınsöndürən maşınlardan biri ilə toqquşub. Hadisə
nəticəsində yanğınsöndürən maşında olan iki nəfər həlak olub.

Qeyd edilir ki, təyyarənin sərnişinləri və heyət üzvlərinin
təxliyə edilib, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hazırda respublikanın hüquq-mühafizə orqanları hadisənin
səbəblərini araşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir