Qəbələdə qadın dəm qazından zəhərlənərək ölüb

Bakı. Trend:

Dünən axşam saatlarında Qəbələ rayonunun Zarağan kəndində
yerləşən fərdi yaşayış evində 2012-ci il təvəllüdlü A.Rüstəmovanın
dəm qazından zəhərlənərək ölməsi barədə rayon polis şöbəsinə
məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə
verilən məlumata görə, rayon polis, eləcə də prokurorluq
əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib.
İlkin ehtimala görə, hadisə azyaşlı vanna otağında olarkən dəm
qazından zəhərlənməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir