“Qadın sahibkarlara yaşıl işıq” adlı forum keçiriləcək (FOTO/VİDEO)

Bakı. Trend:

23 noyabr tarixində Bakı Konqress Mərkəzində AQSİA tərəfindən
təşkil edilən “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Üfüqdə
yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” adlı 5-ci Forum
keçiriləcək.

Trend xəbər verir
ki, forumun keçirilməsində əsas məqsəd ekosistemdə fəaliyyət
göstərən 500-dən çox maraqlı yerli və beynəlxalq tərəfdaş
təşkilatın, o cümlədən QHT-lərin, universitetlərin, sahibkarların,
investorların, özəl sektorun, medianın və dövlət qurumlarının bir
araya gətirildiyi platforma yaratmaq və qadın sahibkarlığı geniş
şəkildə təbliğ etməkdir. Forumda lider qadınlar, sahibkarların
üzləşdiyi problemlər, dövlət tərəfindən sahibkarlara verilən
dəstək, güzəştli kreditlər, gənc sahibkarlar, start-uplar əsas
müzakirə mövzuları olacaq.

Tədbir informasiya, şəbəkələşmə və kapitala çıxış yolu ilə qadın
sahibkarlığın inkişafını sürətləndirmək üçün təşkil olunur.

Uğurlu təcrübə mübadiləsi ilə yanaşı, qadınların iqtisadiyyata
qatqısının artırılması və eyni zamanda iqtisadiyyatdakı
səlahiyyətlərinin artırılmasında beynəlxalq təşkilatların rolu kimi
vacib mövzuları müzakirə etmək imkanı əldə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir