Rusiyada bina partlayışı nəticəsində ölənlərin sayı yeddi nəfərə çatıb

Bakı. Trend:

Rusiyanın Saxalin vilayətində beşmərtəbəli yaşayış binasında baş
verən partlayış nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Trend-in
məlumatına görə, bu barədə şənbə günü vilayətin qubernatoru Valeri
Limarenko bildirib.

Həlak olanlardan üçü uşaqdır. Qeyd olunur ki, daha 3 sakinin
axtarışları davam etdirilir.

Xatırladaq ki, Saxalinin Tımovskoye qəsəbəsində məişət qazın
partlaması nəticəsində beşmərtəbəli bina çöküb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir