Rusiyada yanacaqdoldurma məntəqəsində yanğın baş verib

Bakı. Trend:

Təcili yardım xidmətləri Rusiyanın Leninqrad vilayətinin
Vsevolojsk rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş güclü
yanğını söndürüb.

Trend-in
məlumatına görə, bu barədə vilayət hökumətinin mətbuat xidməti öz
“Telegram” kanalında bildirib.

“Vsevolojsk yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş
verən yanğın iki xilasetmə qrupu tərəfindən söndürülür”, – deyə
qeyd olunub.

Vilayətin səlahiyyətli orqanlarının yenilənmiş məlumatına görə,
yanğın Bernqardovka və Kovalevo arasında qaz kəmərində baş verən
partlayış nəticəsində baş verib. Əhali və yanğının yaşayış
məntəqələrinə keçməsi təhlükəsi yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir